Hadisə yerində çox sayda xilasedici işləyir Hadisə yerində çox sayda xilasedici işləyir

İrəvanda ticarət mərkəzində güclü partlayış olub, ölən və yaralananlar var

Hadisə yerində çox sayda xilasedici işləyir

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Aznews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

XXX

14:55

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Erməni KİV-ləri xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, ticarət mərkəzində yanğın başlayıb, daha sonra isə partlayıcı maddələrin olduğu anbarda partlayış baş verib. Anbarın üç mərtəbəli binası çöküb.

Hadisə yerində çox sayda xilasedici işləyir.

XXX

14:03

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, partlayışdan sonra yanğın başlayıb. İnsident nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.