Krımda Su-30 qırıcı təyyarəsi qəzaya uğradı

Rusiyanın nəzarətində olan Krımda təlim uçuşu zamanı Su-30 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarədə olan heyət katapult sistemi vasitəsilə vaxtında təyyarəni tərk edərək xilas olub.

Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə silahsız olub və ekipaj üzvlərinin həyatı üçün təhlükə yoxdur.

Nazirlik bildirib ki, ekipaj təyyarədən ayrıldıqdan sonra təhlükəsiz şəkildə xilas edilib. Qəzanın təlim uçuşu zamanı baş verdiyi, həmçinin hadisə nəticəsində mülki infrastruktura ziyan dəymədiyi qeyd olunub.

Hazırda təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün araşdırma aparılır. Uçuşun detalları və texniki vəziyyət üzrə ekspertiza davam edir.

Mövsüm,

AzNews.az