- Münaqişə ocağı
- 18 Mart 15:35
- 2 054
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 27 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Aznews.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 3 minik və 23 yük avtomobili Laçından Xankəndi, 1 yük maşını isə əks istiqamətə maneəsiz hərəkət ediblər.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.