- Münaqişə ocağı
- 20 Mart 21:06
- 2 225
Xankəndi-Laçın yolunda sülhməramlıların 79 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 9 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Aznews.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik və 4 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.
Bundan əvvəl isə daha 1 minik avtomobili Laçından Xankəndi, daha 1 minik və 2 yük avtomobili isə əks istiqamətə maneəsiz keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 79-a çatıb.