- Münaqişə ocağı
- 21 Mart 14:09
- 2 472
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 23 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Aznews.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik və 18 yük avtomobili Xankədidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bundan əvvəl isə daha 2 minik avtomobili Laçından Xankəndiyə, 1 minik avtomobili də əks istiqamətə maneəsiz keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 37-yə çatıb.