Anar Eyvazov: "Ermənistan silahlı qüvvələrinin birləşmələri hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir"

Azərbaycanın Qarabağ bölgəsinde lokal xarakterli antiterror tedbirləri zamanı defelerle müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmelerinin hedefinden yayınmaq meqsedile Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası ve ateş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi teyinatlı obyektlərə mülki şəxsləri celb edir.

“Aznews.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

"Məlum olduğu kimi arsenalımızda en müasir tələblərə cavab veren yüksək deqiqliye malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifade edilmekle hedefe aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilen tapşırıqlar bir çox hallarda mehz herbi obyektdə mülki şəxslərin olması aşkar edildikden sonra obyektin hedefe alınması dayandırılıb", - O qeyd edib.

A.Eyvazov bildirib ki, Ermenistan silahlı qüvvelerinin birləşmələrinin döyüş texnikasını yaşayış menteqelerinde ve yaxud onların etrafında yerleşdirmesine baxmayaraq yüksek deqiqlikle heyata keçirilen ateş neticesinde yalnız uzunmüddətli ateş nöqtelen, döyüş texnikası ve herbi meqsedler üçün istifade edilen herbi infrastruktur sıradan çıxarılır ve zerersizləşdirilir.