Britaniya yazıçısı Anna Berns Buker mükafatı ilə təltif edilib. Britaniya yazıçısı Anna Berns Buker mükafatı ilə təltif edilib.

Bukerin qalibi ilk dəfə Şimali İrlandiya yazıçısı oldu

Britaniya yazıçısı Anna Berns Buker mükafatı ilə təltif edilib.

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu mükafata “Milkman” romanına görə layiq görülüb.

Əsər 18 yaşlı qızın dilindən yazılıb. Hadisələr 1970-ci illərin Şimali İrlandiyasında gerçəkləşir.

Münasiflər heyəti romanın “qeyri-adi orijinallığını”na g[r’ fərqləndiribər.

1962-ci ildə anadan olmuş Berns Buker alan ilk Şimali irlandiyalı müəllifdir. “Milkman” onun dördüncü romanıdır.

“Heç birimiz, heç vaxt belə bir əsər oxumamışıq”, - qalibi təqdim edən jüri üzvü, Britaniya filosof və yazıçısı Kvame Entoni Appia belə deyib.

Bernsin rəqibləri Ceyzi Conson (Everything Under), Robin Robertson (The Long Take), Reyçel Kuşner (The Mars Room), Riçard Pauers (The Overstory) və Esi Eduqyan (Washington Black) olub.

Buker mükafatı (Man Booker Prize) 1968-ci ildə yaransa da 1969-cu ildən təqdim olunur. 2014-cü ilə qədər mükafat yalnız Böyük Britaniya, İrlandiya və Millətlər Birliyi ölkələrinin müəlliflərinə təqdim edilirdi. 2014-cü ildən qaydalar dəyişib. Hazırda istənilən ölkənin vətəndaşı əsərini təqdim edə bilər. Yalnız əsər ingiliscə yazılmalı və mükafatın təqdim edildiyi ildə Britaniyada rəsmi nəşriyyat tərəfindən nəşr edilməlidir.

Mükafatın ilk sahibi 1969-cu ildə Britaniya yazıçısı Persi Hovard Nyubi olub. O, “Buna görə cavab verməliyik” romanı ilə Buker qazanıb. Mükafatın finalistləri arasında müxtəlif illərdə Ayris Merdok, Salman Rüşdi, Kazuo İşuquro, Uilyam Qoldinq, Marqaret Etvud kimi yazıçılar olub.

Mirmehdi,

AzNews.az