“Kitabçı”nın budəfəki qonağı şair Baba Vəziroğlu olub “Kitabçı”nın budəfəki qonağı şair Baba Vəziroğlu olub

Baba Vəziroğlunun sevdiyi beş kitab - Video

“Kitabçı”nın budəfəki qonağı şair Baba Vəziroğlu olub

“Chelebi Media Group” Youtube sosial şəbəkəsində yayımladığı “Kitabçı” layihəsinin budəfəki qonağı əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

AzNews.az xəbər verir ki, Baba Vəziroğlu özünün sevdiyi beş kitabı təqdim edib.

Layihə müxtəlif sahələrdə ictimaiyyət tərəfindən tanınan insanların oxuduqları kitabları tamaşaçılarla bölüşməsindən bəhs edir. Belə ki, layihəyə qonaq olan şəxs oxuduğu və özünün ən çox bəyəndiyi 5 kitabı tamaşaçılara təqdim edir, kitablar haqqında məlumat verir və tövsiyyə edir.

Layihənin məqsədi insanlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

Bundan əvvəl “Kitabçı”nın qonaqları aparıcı Pərvin Əsgərli və yazıçı Mirmehdi Ağaoğlu olub.

AzNews.az