- Mədəni adam
- 1 Yanvar 2019 18:02
- 2 836
Məşhur aktyor dünyasını dəyişdi

Tanınmış Bollivud aktyoru vəfat edib
Hindistanın tanınmış aktyoru, əslən əfqanıstanlı Qədir Xan 81 yaşında vəfat edib.
TASS xəbər verir ki, sənətkar son illərini yaşadığı Kanadanın Toronto şəhərindəki xəstəxanada dünyasını dəyişib.
O, 1970-1990-cı illərdə Bollivudun məşhur simalarından olub. 300-dən artıq filmdə çəkilən aktyor daha çox mənfi surətlər yaradıb, bununla belə, bir çox komediya filmlərində də rol alıb.(Report.az)
AzNews.az