Parisin dünyaca məşhur Luvr muzeyini ötən il rekord sayda insan ziyarət edib Parisin dünyaca məşhur Luvr muzeyini ötən il rekord sayda insan ziyarət edib

Luvr rekord qırdı

Parisin dünyaca məşhur Luvr muzeyini ötən il rekord sayda insan ziyarət edib

Ötən il Luvr muzeyinə 10 milyondan çox ziyarətçi gəlib. Bu da muzey tarixində rekord göstərici sayılır.

Bu barədə muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Direktor qeyd edib ki, ötən il Fransa paytaxtında baş verən terror hücumları ziyarətçilərin sayında azalmaya təsir göstərsə də, sonradan Parisdə keçirilən “Beynəlxalq turizmin bərpası” layihəsi sayəsində rekordu qırmaq mümkün olub.

Qeyd edək ki, muzeydə son rekord 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9,7 milyon insan ziyarət edib.

Parisin mərkəzində yerləşən Luvr ən qədim muzeylərdən biri sayılır. Muzey ilk dəfə 1793-cü il noyabrın 8-də açılıb. Burada bədii və tarixi əsərlərdən ibarət zəngin kolleksiya toplanıb. (Azərtac)

AzNews.az