Xalq şairinin oğlu: “Atam sağ olsaydı bəlkə də bu problem olmazdı” Xalq şairinin oğlu: “Atam sağ olsaydı bəlkə də bu problem olmazdı”

“Çətinə düşəndə atamı axtarıram...” - Zəlimxan Yaqubun oğlu

Xalq şairinin oğlu: “Atam sağ olsaydı bəlkə də bu problem olmazdı”

Bu gün xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişdiyi gündür.

Şairin oğlu Bəhlul Yaqubov AzNews.az-a açıqlamasında Zəlimxan Yaqubun ürəklərdə yaşadığını deyib:

“3 ildir ki, atam aramızda yoxdur. Gələn il 70 illiyidir. Atasız ailə başçısı olmaq çətindir. Zəlimxan Yaqub təkcə ailə başçısı deyil, hər şeydən əvvəl böyük şəxsiyyət, böyük şair, böyük insan idi. Amma bir təskinliyimiz var ki, millət, xalq onu sevir, şeirləri dillərdə yaşayır. Ona görə hesab edirəm ki, o, ölməyib.

Bu gün Zəlimxanın Yaqubun yeri görünür. Ailədə heç bir problem, heç bir qayğı omasa da, çətinə düşəndə ilk olaraq gözüm atamı axtarır. Həmin anda düşünürəm ki, atam sağ olsaydı, bəlkə də bu problem olmazdı. Görəsən o, mənə bu vəziyyətdən çıxmaq üçün nə məsləhət verərdi?

Onu da deyim ki, ataın bütün arzuları həyata keçdi”.

Bəhlul Yaqub qeyd edib ki, indi onların evində ikinci Zəlimxan böyüyür: “Nəvələrinin birinə də öz adını vermişdi”.

Qeyd edək ki, Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə alıb. Hər iki böyrəyi götürülən şair, ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az