"Elə aktyorlar var ki..." "Elə aktyorlar var ki..."

Baş rejissor səs-küylü olaydan danışdı: “Nə Yasin Qarayev, nə də Taryel Qasımov...”

"Elə aktyorlar var ki..."

“Nə Yasin Qarayev, nə də Taryel Qasımov gəlib mənimlə görüşüb etirazlarını bildiriblər”.

Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov deyib.

O, bildirib ki, teatrlarda üç cür müqavilə növü olur: “Biri müddətsiz müqavilə növüdür, biri illik müqavilədir, üçüncü isə fərdi müqavilə. Yasin Qarayev və başqa aktyorlar da ömrü boyu müddətsiz müqavilə ilə teatrda fəaliyyət göstəriblər. Yaşlı aktyorların hamısında belə olub. İllik müqaviləyə başlanan dövrdə isə bəzi direktorların səbatsızlığından maarifləndirilmə olmayıb deyə, aktyorlar elə biliblər hamı müddətsiz müqavilə ilə işləməlidir. Elə aktyorlar var ki, onlar yaşına görə fərdi müqavilə sisteminə keçməlidirlər. Yasin Qarayev Rusiya tearlarını nümunə gətirir. Rusiya teatrları ilə məndən çox əlaqəsi olan yoxdur. Orada da yaşlı aktyorlarla fərdi müqavilə bağlınır, onlar da bunun əsasında fəaliyyət göstərirlər”.

AzNews.az