“Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilir “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilir

Süleyman Ələsgərovun xatirəsi yad ediləcək

“Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilir

Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi-bədii gecə keçiriləcək.

AzNews.az-məlumatına görə, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndiriləcək.

Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Biletləri Heydər Əliyev Sarayı və şəhərin kassalarından, eləcə də www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

AzNews.az