Rudolfun partiyasını ifa etmək üçün Azər Rzazadə dəvət edilib Rudolfun partiyasını ifa etmək üçün Azər Rzazadə dəvət edilib

"Bohema" operası nümayiş olunacaq

Rudolfun partiyasını ifa etmək üçün Azər Rzazadə dəvət edilib

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Bohema” operasının tamaşası keçiriləcək.

AzNews.az-ın məlumatına görə, tamaşada əsas partiyalardan sayılan Rudolfun partiyasını ifa etmək üçün Azər Rzazadəni dəvət edib. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Hazırda Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır.

Tamaşada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək.

Mimi rolunda Azərbaycan Respublikasının Əməkdar artisti, "Humay" mükafatı laureatı Afaq Abbasova, Müzetta rolunda Əməkdar artist İnarə Babayeva çıxış edəcəklər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen), Əməkdar artistlər Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) da iştirak edəcəklər.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

AzNews.az