Asəf Zeynallının 110 illiyi qeyd olunub - FOTO

23 il ömür sürməsinə baxmayaraq...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində bəstəkar Asəf Zeynallının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirdə bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb.

Bildirilib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoyub. Musiqi tariximizdə ilk romans janrının yaranması onun adı ilə bağlıdır. O, həmçinin Cəfər Cabbarlının “Sevil”, “Qayıdış” və bir sıra başqa tamaşalara musiqi bəstələyib. Görkəmli bəstəkar “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. O, həmçinin bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.

Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib, həyatından bəhs edən videoçarx nümayiş olunub.

AzNews.az

image description image description