“Uşaq çəkmələri satılır. Geyinilməmiş…”. “Uşaq çəkmələri satılır. Geyinilməmiş…”.

…mən hamiləyəm və bilmirəm kimdən - Ən qısa hekayə

“Uşaq çəkmələri satılır. Geyinilməmiş…”.

Dünya ədəbiyyatında uzun romanlarla yanaşı, qısa - 1-2 cümlədən ibarət hekayə nümunələri də mövcüddur.

AzNews.az həmin hekayələrdən bəzilərini sizə təqdim edir:

Ernest Heminqueydən ən təsirli qısa hekayə yazmasını istəmişdilər. O bircə cümlə yazdı:

“Uşaq çəkmələri satılır. Geyinilməmiş…”

O.Henri ən qısa hekayə nominasiyasında bu hekayə ilə qalib gəlmişdir:

“Sürücü siqaret çəkdiyi yerdə əyilib benzin bakına baxdı ki, görsün, benzin çoxmu qalıb. Rəhmətliyin 23 yaşı vardı”.

Fredirik Braun qorxulu qısa hekayə yazmışdır:

“Yer kürəsinin sonuncu adamı otaqda oturmuşdu. Birdən qapı döyüldü...”.

İngilislərin təşkil etdiyi ən qısa hekayə nominasiyası fərqliliyi ilə seçilirdi - hekayədə kraliça, sirr, seks, Allah sözləri istifadə olunmalı idi. Birinci yeri belə bir hekayə tutmuşdur:

"İlahi, kraliça dedi "Mən hamiləyəm və bilmirəm kimdən!”.

Ən qısa avrobioqrafiya nominasiyasında bir fransız qadın qalib gəlmişdir:

“Əvvəl mənim sifətim hamar, yubkam əzik olardı, indi isə əksinədir…”.

Bu qısa hekayənin isə müəllifi məlum deyil:

Mən bütün bədənimi əhatə edən ağrıdan ayıldım. Gözlərimi açdım və tibb bacısını gördüm:

- Cənab, - o dedi, - sizin bəxtiniz gətirib. İki gün əvvəl Xirosimaya atılan bombadan sağ çıxmaq qismət olub. İndi siz hospitaldasınız və sizin həyatınız üçün heç bir təhlükə yoxdur.

-Hardayam?

-Naqasakidə.

Cavidan Mirzəzadə

AzNews.az