Məlahət Abbasovanın verilişi bu kanalda yayımlanacaq

AzTV-nin yeri mənim üçün çox fərqlidir.

Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı bundan sonra AzTV-də yayımlanacaq.

Əməkdar artist bu barədə “Gün başladı” proqramında məlumat verib.

“Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın”.

O, söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilərin ölkəmizə qonorarsız gəldiyini bildirib.