"Oskar" mükafatının veriləcəyi tarix bəlli oldu

Mərasim NBC kanalından canlı yayımlanacaq və eyni anda 220 ölkədə izlənə biləcək.

2020-ci ildə baş tutacaq "Qızıl Qlobus" və "Oskar" mükafatlarının təqdimetmə mərasimlərinin tarixi bəlli olub.

AzNews.az xəbər verir ki, "Qızıl Qlobus" 2020-ci il yanvarın 5-də təqdim olunacaq. Burada 14-ü film, 11-i TV olmaqla 25 kateqoriyada mükafat veriləcək.

Yanvarın 13-də "Oskar" mükafatına namizədlər elan ediləcək.

Fevralın 9-da isə qaliblərin adları açıqlanacaq.

Cavidan Mirzəzadə

AzNews.az