Onun yeriməsinə icazə verilmir Onun yeriməsinə icazə verilmir

Ramiz Əzizbəylidən xəbər var - "Həkimlər deyir ki..."

Onun yeriməsinə icazə verilmir

Xalq artisti Ramiz Əzizbəylinin əməliyyat olunan ayağı hələ də sağalmayıb.

Bunu AzNews.az-a xalq artistinin qızı Cəlalə Əzizbəyli deyib.

Onun sözlərinə görə, həkimlər onun yeriməsinə icazə vermirlər: "Bunun səbəbini isə şəkər xəstəsi olması ilə izah edirlər".

Cəlalə Əzizbəyli qeyd edib ki, Ramiz Əzizbəylini dostları heç vaxt tək buraxmır:

“Vaxtaşırı gəlib ona baş çəkirlər. Sənət adamlarından da ara-sıra gələnlər var”.

Qeyd edək ki, uzun müddətdir xəstə olan xalq artistinin sol ayağında problemlər yaranmışdı. Bu səbəbdən sənətkarın ayağı əməliyyat olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az