Fotoya 2 saat ərzində xeyli sayda bəyəni gəlib Fotoya 2 saat ərzində xeyli sayda bəyəni gəlib

Azərbaycanlı rəssam Vladimir Zelenski ilə fotosunu paylaşdı

Fotoya 2 saat ərzində xeyli sayda bəyəni gəlib

Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradov özünün Facebook səhifəsində dünən Ukraynada keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Vladimir Zelenski ilə çəkilmiş fotosunu paylaşıb.

AzNews.az xəbər verir ki, rəssam fotoya yalnız bu sözləri yazıb: “Vladimir Zelenski”.

Fotoya 2 saat ərzində xeyli sayda bəyəni gəlib və şərh yazılıb.

Xatırladaq ki, bu saatlaradək Ukraynada bülletenlərin 98.09 faizi sayılıb və Vladimir Zelenski 73,15 faiz səs toplayıb. Onun rəqibi Petr Poroşenko isə cəmi 24.52 faiz səs qazana bilib.

Qeyd edək ki, Vüqar Muradov hazırda Ukrayna paytaxtındadır. Onun bu şəhərdə aprel ayının 13-dən başlayaraq fərdi sərgisi keçirilir. Azərbaycanın Ukraynadakı səfirliyinin də dəstək verdiyi sərgidə Ukraynanın tanınmış rəssamları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai-siyasi xadimlər və soydaşlarımız iştirak edib. Kiyev Milli Art Qalereyasında bir ay davam edəcək sərgi yerli vətəndaşlar və xarici qonaqlar tərəfindən maraqla izlənilir.

Səidə Vahid

AzNews.az

image description