- Mədəni adam
- 21 May 2019 12:31
- 3 907
Mədət Quliyev onu təltif etdi

Yubiley medalını Mənzərxanım Nurəliyevaya Əbülfəs Qarayev təqdim edib
Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva təltif olunub.
Mənzərxanım Nurəliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Yubiley medalını Mənzərxanım Nurəliyevaya Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.(report.az)
AzNews.az