Xalq artisti universitetdən qovulmasından danışdı - "Utanıram..."

5 il bundan öncə baş verən hadisəni niyə şişirdiblər

Xalq artisti Valeh Kərimov Mədəniyyət və İncəsənət Universitetindən qovulması haqqında yayılan məlumata aydınlıq gətirib.

Sənətkar AzNews.az-a açıqlamasında sözügedən universitetdən 5 il öncə çıxarıldığını bildirib:

“Ayıbdır ey, qovulmaq nədir? Dünəndən telefon susmur, zəng edib maraqlanırlar, utanıram da danışmağa. Qovulmaq mənim adıma yaraşmır. Biz yaşla əlaqədar beş il bundan əvvəl işdən ayrılmışıq. Axı bizi kim qova bilər? 5 il bundan öncə baş verən hadisəni niyə şişirdiblər”.

Qeyd edək ki, ölkə mətbuatında Mədəniyyət və İncəsənət Universitetinin 30-dan yuxarı əməkdaşının qovulması barədə məlumat yayılıb. Onların arasında Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov və Nadir Xasıyevin də adı var.

Bahar RÜSTƏMLİ

AzNews.az