Səsi, gücü mən o torpaqdan almışam Səsi, gücü mən o torpaqdan almışam

Xalq artisti ad günündə ən böyük arzusunu açıqladı

Səsi, gücü mən o torpaqdan almışam

Bu gün xalq artisti Mənsum İbrahimovun doğum günüdür.

59 yaşlı sənətkar AzNews.az-a ən böyük arzusunu açıqlayıb:

“Arzular çoxdur. İnsanı yaşadan arzulardır, amma mənim bir və böyük arzum var. Mənim arzum həm də xalqımızın arzusudur. Ən böyük arzum Qarabağda, Ağdamda, Şuşada “Qarabağ şikəstəsi” oxumaqdır. Səsi, gücü mən o torpaqdan almışam. Bunun üçün də o torpağa borcluyam”.

Mənsum İbrahimov doğum gününü ailə daxilində qeyd edəcəyini deyib:

“Hər səhər Allaha şükür edirəm. Canım sağdı, səsim yerində, özüm də səhnədə. 59 yaşım tamamlanır. Hər şey ürəyimcədir. Ailə, övladlarım, daha insana nə lazımdır. Sakitcə yaşamaq. Artıq iki gündür ki, dayanmadan təbriklər başlayıb. Sevilən bir sənətkaram, düz yoldayam. Bacardığım qədər xalqa, sənətə xidmət edirəm. Adi bir gündü, ailə daxilində qeyd edirəm".

Bahar RÜSTƏMLİ

AzNews.az