Tamaşa oktyabrın 15-də nümayiş olunacaq Tamaşa oktyabrın 15-də nümayiş olunacaq

Şuşa Teatrında "Solğun çiçəklər"ə baxacaqlar

Tamaşa oktyabrın 15-də nümayiş olunacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni tamaşa ilə teatrsevərlərin görüşünə gəlir.

AzNews.az xəbər verir ki, kollektiv bu dəfə teatrsevərlərə Cəfər Cabbarlı dramaturgiyasını təqdim edəcək. “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” prezidentin 2018-ci il 17 dekabr tarixli sərəncamına uyğun olaraq dramaturqun “Solğun çiçəklər” pyesi səhnələşdirilib.

Tamaşa oktyabrın 15-də nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.

Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az