“Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir" “Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir"

30 min manatlıq hədiyyə veriləcək - Bakıda aksiya

“Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir"

“Hədəf Nəşrləri” oxuculara 30 min manatlıq kitab hədiyyə edəcək.

Bu barədə “Hədəf Nəşrləri”nin direktoru, yazıçı Müşfiq Xan məlumat verib.

O bildirib ki, “Hədəf Nəşrləri”nin yaradılmasının 10 ili münasibətilə nəşriyyat müxtəlif kampaniya və layihələr həyata keçirir:

“Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir. Artıq “1000 müəllimə 1000 kitab” kampaniyamız uğurla başa çatıb. Bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda işləyən 1000 müəllimə kitab hədiyyə etmişik. Ümumiyyətlə, nəşriyyatımız fəaliyyət göstərdiyi 10 il ərzində oxuculara və kitabsevərlərə onminlərlə kitab hədiyyə edib. Yubileyimiz münasibətilə ənənəmizə sadiq qalaraq, daha çox kitab hədiyyə etməyə qərar verdik. 26 oktyabrda Hədəf Liseyində baş tutacaq tədbirdə qonaqlarımıza təxminən 4000 ədəd kitab və müxtəlif dəftərxana ləvazimatları hədiyyə etməyi düşünürük.

Məlumat üçün bildirim ki, hədiyyələrimiz arasında “Xatirə ədəbiyyatı” seriyasından nəşr olunan 50 kitablıq 50 dəst olacaq. Eyni zamanda, yerli və xarici yazarların nəşriyyatımızda nəşr olunmuş kitablarını da qonaqlarımıza hədiyyə edəcəyik. 10 il ərzində keçdiyimiz yolda nəşriyyatın fəaliyyətinə dəstək verən oxucuları, dostları sevindirmək bizi də xoşbəxt edəcək. Ümumilikdə yubiley ərəfəsində oxucularımıza hədiyyə edəcəyimiz kitabların sayı 5000-i keçir”.

Qeyd edək ki, “Hədəf Nəşrləri”nin 10 illiyi münasibətilə oktyabrın 26-sı saat 15:00-da Hədəf Liseyində yubiley tədbiri keçiriləcək. Tədbirə gələn hər bir qonağa “Hədəf Nəşrləri” tərəfindən hədiyyələr veriləcək.

AzNews.az