Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar

X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı oldu - FOTOLAR

Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar

Ötən gün noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə tanınmış kinematoqrafçılar, festival nümayəndələri iştirak edib.

Tədbirin açılışında qeyd olunub ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Bildirilib ki, 10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın Yerli proqramına 84 ekran işi göndərilib. İlk dəfədir ki, bu qədər qısametrajlı filmi özündə cəlb edən festivalda seçim prosesi xüsusi diqqətdə saxlanılıb, komissiyanın üzvlərinin sayı artırılıb.

Qeyd olunub ki, 8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, Yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq. Festivalın direktoru, rejissor Fehruz Şamıyev çıxış edərək qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib.

Daha sonra Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru, kinorejissor Cəmil Quliyev isə festivalın artıq 10 ildir təşkil olunduğunu vurğulayıb: “Festival artıq çox böyük tamaşaçı auditoriyası toplaya bilib. Bu gün Azərbaycan müxtəlif səpkili festivallar keçirilir. Lakin Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əhəmiyyəti çox böyükdür. Festival öz ətrafında gənc, yaradıcı insanları birləşdirir və gənclər bura gələrək fikir mübadiləsi apara bilirlər. Bu festivalın 10 il ərzində keçirilməsi hesab edirəm ki, beynəlxalq miqyasda uğurdur. Fürsətdən istifadə edərək festivalın iştirakçılarına uğurlar arzulayır və ən yaxşı filmlərin qalib olmasını diləyirəm”.

Sonra münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub. Qeyd olunub ki, beynəlxalq müsabiqənin qaliblərini kino və teatr rejissoru, ssenarist İlqar Safat, 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, türkiyəli kinorejissor Rezan Yeşilbaş, 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Azimi, CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Daha sonra yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparan filmləri müəyyənləşdirəcək münsiflər heyətinin üzvləri – Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Gülzar Qurbanova, “DokuBaku” Film Festivalının direktoru, rejissor İmam Həsənov səhnəyə dəvət olunub.

Mərasimin sonunda müsabiqədə iştirak edən 3 film nümayiş olunub.
Qeyd edək ki, kinoforum çərçivəsində “CineDOC” Tbilisi Beynəlxalq Sənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustad dərsləri, müzakirələr keçiriləcək.

Xatırladaq ki, festival bundan əvvəlki illərdə "Start" Beynəlxalq Qısa Filmlər Festivalı adı altında baş tutub. Beynəlxalq status daşıyan Festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.
Filmlər 6,7,8,9 noyabr tarixlərində saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, filmlərə giriş sərbəstdir.
Festivalın bağlanış-mükafatlandırma mərasimi noyabrın 9-u, saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. (Musavat.com)

AzNews.az