Polad Bülbüloğlu Füzuliyə getdi - FOTO

Səfir Füzuli Dövlət Dram Teatrınln aktyorları ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub.

AzNews.az xəbər verir ki, görüşdə Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və digər rəsmi şəxslər iştirak edib.

Qonaqlar rayon ərazisində yerləşən hərbi hissənin əsgər və zabit heyətinin, rayon ictimaiyyətinin də iştirak etdiyi vətənpərvər ruhlu konsert-tamaşa proqramını seyr ediblər. Daha sonra səmimi şəraitdə keçən görüşdə çıxış edən qonaqlar Füzuli Dövlət Dram Teatrının mütəmadi olaraq hərbi hissələrdə olmasını və əsgərlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətindəki çıxışlarını yüksək qiymətləndiriblər.

Onlar Füzuli teatrının yaranma tarixi, yaradıcılıq yolu, inzibati binası, ölkə başçısının sərəncamı ilə burada aparılan təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Daha sonra qonaqlar aktyorlarla görüşüb.

Bahar RÜSTƏMLİ

AzNews.az