Əmr Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov tərəfindən imzalanıb Əmr Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov tərəfindən imzalanıb

Professor Ferhad Turanlı "Tenqri Ulduzu" ordeni ilə təltif edildi - FOTO

Əmr Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov tərəfindən imzalanıb

Ukraynanın tanınmış elm və ictimai xadimi, tarix elmləri doktoru, Ukrayna Kiyev-Moqilyan Akademiyası Humanitar elmlər fakultəsi Ümumi və slavyan dilçiliyi kafedrasının professoru Fərhad Qardaşkan oğlu Turanlı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) "Tenqri Ulduzu" ordeni ilə təltif edilib.

Bu barədə UQTMŞ İnformasiya Departamentindən məlumat veriblər.

Bildirilir ki, bu gün professor Ferhad Turanlının "Tenqri Ulduzu" ordeni ikə təltif edilməsi barədə əmr Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov tərəfindən imzalanıb.

Əmrdə qeyd edilir ki, "Fərhad Qardaşkan oğlu Turanlı Türk Dünyası qarşısında xidmətlərinə görə "Tenqri Ulduzu" ordeni ilə təltif edilsin.

Beynəlxalq statuslu mükafat olan "Tenqri Ulduzu" ordeni 23 dekabr 2018-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin qərarı ilə təsis edilib.

Professor Ferhad Turanlı "Tenqri Ulduzu" ordenin ilk kavaleridir.

AzNews.az

image description