Qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək Qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək

Tanınmış aktyor Bəhram Bağırzadənin təqdimatında müsabiqə

Qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi #senetinledestekle challenge-i çərçivəsində izləyicilərin asudə vaxtını öyrənmək və maariflənmək üzərində qurmağı, onları #evdeqal-araq sənətçilərimizlə görüşdürərkən həm də yeni biliklər əldə etməyi nəzərdə tutur.

Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu məqsədlə aprelin 3-ü saat 23:00-da baş tutacaq növbəti görüş Azərbaycan musiqi tarixində yeni caz-muğam üslubunun banisi, milli cazın görkəmli nümayəndəsi, Əməkdar artist, Dövlət mükafatı laureatı, pianoçu, bəstəkar Vaqif Mustafazadənin 80 illik yubileyinə həsr edilir.

Bu dəfəki qonaq isə tanınmış aktyor, rejissor, rəssam, yazar, Əsrin çempionu olan “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadədir. Bəhram Bağırzadə təqdimatı zamanı izləyicilərimizlə müxtəlif mövzularda müsabiqə keçirəcək. Qalib gələn şəxsə isə mobil telefon hədiyyə ediləcək.

Qeyd edək ki, canlı bağlantıya qoşulub fəallıq nümayiş etdirən intellektinə, məntiqinə, dünyagörüşünə güvənən izləyiciləri maraqlı sürprizlər gözləyir.

Suallarınızı, arzu və istəklərinizi, eyni zamanda cavablarınızı @bakimedeniyyetidaresi instagram hesabına göndərə bilərsiniz.