Allah o dərdi azacıq da olsa, ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək Allah o dərdi azacıq da olsa, ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək

Şəhidin ikinci övladı doğulacaq

Allah o dərdi azacıq da olsa, ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək

Aparıcı Hacı Nuran Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbiçi Elşad Məmmədovun ailəsinə baş çəkib.

AzNews.az xəbər verir ki, aparıcı şəhidin atası və övladı ilə birlikdə olan fotolarını “Instagram” səhifəsində paylaşaraq bu sözləri yazıb: "Tovuz, Ağdam kəndi...Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram. Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm. Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Və bu kənddə iyulun 12-də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun evində qonaq oldum. Əslində, bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Bu borc bu gün ödənməli imis. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana. Amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır. Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa, ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək. Tezliklə şəhidin daha bir övladı doğulacaq. O övlad ki, atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək”.

Səidə Vahid

AzNews.az

image description image description