Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib

Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur

İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatına əsasən, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində Azərbaycanın iştirakı təsdiqlənib.

AzNews.az məlumat verir ki, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. “Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Səidə Vahid

AzNews.az