İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir

Məşhur ulduz Azərbaycandan üzr istədi

İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir

Dünya şöhrətli ulduz Kardi B ötən gün Azərbaycana qarşı paylaşımı ilə qınanmışdı.

AzNews.az xəbər verir ki, bundan sonra azərbaycanlılar Kardi B-nin "Youtube", “Instaqram”, “Twitter” hesablarına #cardibsupportsterrorism həştaqı yayımlayıblar.

Bir müddət sonra terrora dəstəkdə ittiham olunan müğənni hər kəsdən üzr istəyərək post paylaşıb:

"Mən terroru dəstəkləmirəm, bunu nə baş verdiyini araşdırmadan dostum üçün paylaşdım. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir".

Səidə

AzNews.az