Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər

Arif Quliyev ECMO cihazına qoşulub

Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

AzNews.az xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.(Report)