- Mədəni adam
- 23 May 2021 11:45
- 20 916
"Şuşadakı evimizin içində ağaclar bitib, darmadağındır" - Firəngiz Mütəllimova - VİDEO/FOTO
"Soyuducudan su verib dedilər İsa bulağının suyudur, içdi...rəhmətə getdi"
Bir neçə gün öncə Şuşada keçirilən "Xarı bülbül" musiqi festifalında iştirak edən, əslən şuşalı xalq artisti, prezident təqaüdçüsü Firəngiz Mütəllimova Şuşa haqqında təəssüratlarını bölüşüb.
Aznews.az xəbər verir ki, 30 ilə yaxın Şuşa həsrətiylə yaşamış gözəl sənətçimiz müqəddəs vətənində hiss etdiklərini, duyğularını anladıb. Boya-başa çatdığı doğma ocağını ziyarət edən Firəngiz xanım "yoxdur evimiz, evimizin içində ağaclar bitib, darmadağındır", - deyə bildirib.
Əsgərlərimizin döyüşərək misilsiz qəhrəmanlıqla azad etikləri Şuşa torpağını Cıdır düzündə əyilərək öpən xalq artisti "dizlərimi yerə qoyub vuruşan əsgərlərimizin ayaqları dəyən torpağı öpdüm",- deyib. "Elə bil ki, bir ağırlıq götürüldü içimdən, gücüm sadəcə buna çatdı". Firəngiz xanım Şuşa torpağını əlinə götürüb qoxlaya bildiyi üçün allaha şükürlər edib.
Məşhur aktrisa "Şuşada uşaq kimi idim. Ora-bura qaçırdım. Uşaqlığımı axtarırdım sanki" deyərək, Şuşanı bütün müsəlmanların müqaddəs şəhəri kimi qəbul etdiyini dilə gətirib. "Çünki Şuşa allaha da çox yaxındır".
"Şuşada ulu öndərin səsini eşidərkən bütün Şuşa həsrətiylə dünyadan köçənlər gözümün önünə gəldi, tək öz atam-anam yox, özümü saxlaya bilmədim" deyən F.Mütəllimova "ağladım, ağladım çoxlu..." söyləyərək, kövrək anları yada salıb.