- Mədəni adam
- 10 Sentyabr 2021 13:48
- 10 081
Əməkdar artistdən xəbər var
“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir"
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib.