Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bu dahi şəxsiyyətin irsi ümumbəşəri dəyərdir Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bu dahi şəxsiyyətin irsi ümumbəşəri dəyərdir

İordaniyalı akademik Nizami Gəncəvi haqqında məqalə yazıb

Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bu dahi şəxsiyyətin irsi ümumbəşəri dəyərdir

İordaniyalı akademik Mərvan Sudah “Əl Ənbat” və “Cohinya” qəzetlərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məqalə ilə çıxış edib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə başa vurmaqda olduğumuz 2021-ci ilin “Nizami Gəncəvi İli” olduğu, bu çərçivədə mötəbər beynəlxalq tədbirlərin keçirildiyi diqqətə çatdırılır. Müəllif qeyd edir ki, böyük söz memarı olan dahi şairin əsərləri müasir dövrdə də bütün dünyada, o cümlədən ərəb ölkələrində populyardır. Nizami Gəncəvinin fəlsəfi aforizmləri, humanizm ideyaları, insanları sülhə və ədalətə çağıran müdrik kəlamları müsəlman aləminin filosof və şairləri üçün ilham qaynağı olub. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi bu dahi şəxsiyyətin irsi ümumbəşəri dəyərdir. Onun ədəbi irsi Homer, Dante, Uilyam Şekspir, Onore de Balzak, Viktor Hüqo, Əbdülrəhman Cami kimi ədəbiyyat və fəlsəfi fikir korifeyləri ilə bir sırada dayanır.

M.Sudah Azərbaycanda Nizami Gəncəvinin iki heykəlinin, doğulduğu Gəncə şəhərində məqbərəsinin olduğunu diqqətə çatdıraraq qeyd edir ki, dahi şairin adı dünyanın bir çox ölkələrində də əbədiləşdirilib.