Məşhur rus rejissoru Vladimir Qorriker vəfat edib Məşhur rus rejissoru Vladimir Qorriker vəfat edib

Rejissor Vladimir Qorriker vəfat edib

Məşhur rus rejissoru Vladimir Qorriker vəfat edib

Rejissor bu gün 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Mixayloviç Qorikker 1925-ci ildə Moskvada anadan olub.

O, "Daş qonaq", "Çar gəlini", "Ekran ulduzu", "Monmartrın damları altında", "Payız zəngləri", "Gümüş revyu" operalarına quruluş verib.

1990-cı illərin əvvəllərində yaradılmış “Kino və musiqi” studiyasının bədii rəhbəri olub, burada öz ssenarisi üzrə “Boris Qodunov” və “Cülyetta və Romeo” filmlərini çəkib.

Xatırladaq ki, Vladimir Qorriker 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Sevil” filminin rejissoru olub, 1971-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülüb.