Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir

“Müasir Audiovizual Baxış” Mükafatı təqdim olunacaq

Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” Kino Radio Kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatı təqdim olunacaq.

AzNews.az xəbər verir ki, mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur.

2019-cu ildə ilk mükafat təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub. “Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında keçiriləcək. Təqdimetmə mərasimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin dəstəyi ilə baş tutacaq. Mərasimdə həmçinin Azərbaycan filmlərindən “soundtrack”lər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.