Mədəniyyət Nazirliyi məlumat yayıb Mədəniyyət Nazirliyi məlumat yayıb

Rus Dram Teatrının aktyorları koronavirusa yoluxub

Mədəniyyət Nazirliyi məlumat yayıb

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.