- Mədəni adam
- 1 Dekabr 2022 19:35
- 12 886
Azərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Aznews.az xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.
“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.