Oskar mükafatlı yapon musiqiçisi Sakamoto vəfat edib

Oskar mükafatlı yapon musiqiçisi və bəstəkarı Sakamoto Ryuiçi 71 yaşında vəfat edib.

2014-cü ildə qırtlaq xərçəngi diaqnozu qoyulan Sakamotonun 2021-ci ildən rektum xərçəngindən müalicə aldığı açıqlanıb.

1952-ci ildə paytaxt Tokioda doğulan və 10 yaşında notlar yazmağa başlayan Sakamotonun "Beatles" qrupu və fransız bəstəkarı "Debussy"dən təsirləndiyi bildirilir.

Sakamoto 1987-ci ildə "Son İmperator" filminə görə Ən Yaxşı Orijinal Musiqi Oskarını qazanıb.

Xaricdə çox məşhur olan yapon musiqiçinin “Qremmi” və “Qızıl Qlobus” mükafatları da var.