- Mədəni adam
- 9 Aprel 2023 18:37
- 31 251
Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib
Azərbaycan teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.
Aznews.az xəbər verir ki, forum 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilib.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.