- Mədəni adam
- 12:16
- 1 723
Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO çərçivəsində keçirilməsi təsdiqlənib
Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib.
Aznews.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
O cümlədən, Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi də UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib.
Qeyd edilib ki, hər iki qərar UNESCO Baş Konfransın Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü sessiyasında təsdiq olunub.
AzNews.az