Ev dustaqlığına buraxılan Rəqsanənin vəkilindən açıqlama

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Məsələ ilə bağlı ifaçının vəkili Hikmət Əliyev Teleqraf-a açıqlama verib.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib:

“Dəymiş zərər tam olmasa da, bəli, müəyyən mənada ödənişlər icra olunub. Hazırda apardığım cinayət işi barədə daha ətraflı məlumat verməyi doğru hesab etmirəm. Həm ödənişlərin icra olunması, həm səhhəti, həm də himayəsində iki azyaşlı övladının olması da nəzərə alınan hallardır. Bütün bunlar nəzərə alınmaqla məhkəmə ədalətli qərar qəbul edərək vəsatətimizi təmin etdi. Rəqsanə xanım hazırda evindədir”.

Qeyd edək ki, R.İsmayılova bu ilin avqustunda saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

AzNews.az