- Mədəni adam
- 14:11
- 874
Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vahid Əziz oğlu Cəfərovun (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Aznews.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilsin".