Tədbirdə müəllimlər və tələbələrlə fikir mübadiləsi aparılıb Tədbirdə müəllimlər və tələbələrlə fikir mübadiləsi aparılıb
  • Mahal
  • 14 Noyabr 2018 16:57
  •  1 712

İsmayıllıda mənəvi dəyərlərimiz mövzusunda seminar keçirilib

Tədbirdə müəllimlər və tələbələrlə fikir mübadiləsi aparılıb

Noyabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda “Mənəvi dəyərlərimiz Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminar-müşavirəni giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev dövlətçilik ənənnəsinin güclənməsində Azərbaycançılıq ideologiyasının vacib rol oynadığını diqqətə çatdırıb. R.Ağayev mənəvi dəyərlərin gənclərə aşılanmasının vacibliyini də qeyd edib.

Müşavirədə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun yaradılması və həyata keçirdiyi işlər haqqında danışıb. Mənəvi dəyərlərimizin Azərbaycançılığın tərkib hissəsi olduğunu bildirən C.Əliyev Ulu Öndər Heydər Əliyevin bununla bağlı fikirlərini də iştirakçılarla bölüşüb. İcraçı direktor müavini gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycançılığın böyük dəyər olduğunu qeyd edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov mənəviyyatın dəyərlər sisteminin mərkəzində dayandığını diqqətə çatdırdı. Seminar-müşavirədə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov, İşmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov məruzə ilə çıxış ediblər.

Tədbirin yekununda müəllimlər və tələbələrlə fikir mübadiləsi aparılıb.

Səidə Nurməmmədli,

AzNews.az