Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
  • Mahal
  • 20 Noyabr 2018 20:14
  •  1 141

Şəkidə 4 yaşlı uşağı avtomobil vuraraq öldürdü

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücünün və uşağın şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır. (report)

AzNews.az