- Mahal
- 26 Noyabr 2018 10:45
- 3 054
Səfər Mehdiyevin qəbul gününün vaxtı dəyişib

Səfər Mehdiyev Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərini qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı aidiyyatı rayonların - Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Nigar CƏFƏR
AzNews.az