Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır.
  • Mahal
  • 19 Yanvar 2019 10:35
  •  1 200

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada öldü

Faktla bağlı araşdırma aparılır.

Şirvan şəhərində 6 gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada keçinib.

Yanvar 12-də Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır. (Report)