Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
  • Mahal
  • 20 Yanvar 2019 14:48
  •  1 377

Ağstafada yaşayış binasında yanğın: xəsarət alanlar var

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ağstafa rayonunda yaşayış binasında xəsarətlə nəticələnən yanğın olub.

Hadisə Poylu kəndində, 3 ailənin yaşadığı birmərtəbəli binada qeydə alınıb.

Hadisə zamanı 2 nəfər, 1960-cı il təvəllüdlü Nataliya Əhmədəliyeva və onun qonşusu, 1969-cu il təvəllüdlü Azər Mirzəyev müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. N.Əhmədəliyevanın vəziyyəti ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriləcək.

Yanğının başvermə səbəbi araşdırılır. (report)

AzNews.az